Ölkə

Bakıda səyyar avtobus məntəqələrində vaksinasiyaya başlanıldı - ÜNVANLAR

18 Avqust 2021 18:42
1 Şərh     Baxış: 1 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkəmizdə koronavirusa qarşı aparılan vaksinasiya prosesinin daha da sürətləndirilməsi, vətəndaşların peyvəndə əlçatanlığının təmini edilməsi məqsədilə səyyar vaksinasiya briqadaları bundan sonra mobil avtobuslar vasitəsilə də xidmət göstərəcəklər.

Milli.Az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, artıq paytaxtın bir neçə ərazisində səyyar avtobus məntəqələrində peyvəndlənməyə başlanılıb.

Vaksin məntəqələrinin ünvanı:

Abbas Mirzə Şərifzadə küçəsi (3 saylı ASAN xidmət-in yaxınlığı)

Əsəd Əhmədov küçəsi,  Bravo ticarət mərkəzi ilə üzbəüz (Qismət şadlıq sarayının yaxınlığı)

Səyyar tibb məntəqələri həftənin 6 günü saat 9:00-dan 19:00 -a kimi fəaliyyət göstərəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.