Ölkə

Bu çimərliklərdən istifadə ağır xəstəliklərə səbəb ola bilər - XƏBƏRDARLIQ - VİDEO

15 Avqust 2021 09:46
0 Şərh     Baxış: 1 288
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havalar isti keçdiyindən insanlar sərinləmək üçün çimərliklərə üz tuturlar. Lakin bəzi çimərliklər var ki, orada çimmək insan sağlamlığı üçün zərərlidir.

Burada çimmək dəmirov, vərəm kimi xəstəliklərin yaranmasına səbəb ola bilər. Qəribədir ki, çimməyə gələnlərin əksəriyyəti də buradakı mövcud vəziyyətdən xəbərdardılar. Amma yenə də belə çimərliklərdən istifadə edirlər.

Milli.Az Xezerxeber.az-a istinadən bildirir ki, çimərlikdən istifadə edənlər deyir ki, Türkan çimərliyi tarixən insanların ən çox üz tutduğu istirahət məkanıdır. Elə buna görə də çimərliyin təmizlənməsinə ehtiyac var. Bəzi vətəndaşlar isə illərdir ki, bu çimərliyə üz tutduqlarını, lakin hər hansı xəstəliyə yoluxmadıqlarını deyirlər.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin apardığı  analizlərin nəticələrinə görə,Türkan çimərliyi ilə yanaşı Şıx, Hövsan, Pirşağı, Corat çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri bakterioloji cəhətdən çirkli müəyyən edilib. Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri isə norma daxilindədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.