Ölkə

Kürdəmirdə dəhşətli qəza - Bir ailənin üzvləri həlak oldu

14 Avqust 2021 16:36
1 Şərh     Baxış: 2 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan avtomagistralının rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Gəncə istiqamətində hərəkət edən "Mercedes" markalı minik maşını eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılıb.

Qəza nəticəsində minik maşınında olan sürücü və sərnişinləri hadisə yerində dünyasını dəyişib. Hadisə şahidlərinin sözlərinə görə, minik maşınında olanlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.