Ölkə

MTRŞ jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı bəyanat yayıb

4 İyun 2021 14:00
Baxış: 889
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Televiziya və Radio Şurası bəyanat yayıb.

Qurumdan Milli.Az-a verilən xəbərə görə, bəyanatda deyilir:

"İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən "AZTV" kanalının operatoru Sirac Abışov və "AzərTAC" İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov minaya düşərək həlak olub, bir neçə şəxs yaralanıb. Milli Televiziya və Radio Şurası həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara isə Allahdan şəfa diləyir.

Azad olunmuş ərazilərdə Ermənistan tərəfindən işğal dövründə yüz mindən artıq mina yerləşdirilib. İndiyə qədər onlarla mülki şəxs minaya düşərək həlak olub və ya yaralanıb. Daha çox itkilərin baş verməsinin qarşısının alınması məqsədilə Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etmir.

Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Azərbaycanın minalanmış ərazilərinin xəritələrini təqdim etməsi üçün Ermənistana çağırışlar etməyə dəvət edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.