Ölkə

Tahir Salahov Birinci Fəxri Xiyabanda dəfn olunacaq

21 May 2021 10:27
Baxış: 1 315
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tahir Salahov dünən axşam Almaniyada müalicə olunduğu xəstəxanada vəfat edib".

Milli.Az bildirir ki, bunu mətbuata açıqlamasında Xalq rəssamının bacısı Zərifə Salahova deyib.

O, qardaşının iki gün əvvəl müalicə məqsədi ilə Almaniyaya getdiyini bildirib.

Z.Salahova Xalq rəssamının Birinci Fəxri Xiyabanda dəfn olunacağını deyib: "Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var. Onun cənazəsi Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.