Ölkə

Abuzər Ələkbərov vəfat etdi

20 May 2021 13:37
Baxış: 1 475
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun "Azərbaycanda arxeoloji abidələrin toplusu" sektorunun rəhbəri Abuzər İbrahim oğlu Ələkbərov uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Tarix üzrə fəlsəfə doktoru olan A. Ələkbərov bir monoqrafiya, əllidən artıq elmi məqalənin müəllifidir. Fransanın Sen-Jermen Milli Arxeoloji Muzeyində Azərbaycandan olan tapıntıların monitorinq qrupunda çalışıb.

O, 20 ildən artıq Arxeologiya və Etnoqrafiya İnstitutu Həmkarlar Təşkilatının sədri olub.

Azərbaycan Həmkarlar Hərəkatının inkişafında xidmətlərinə görə, 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Abuzər Ələkbərov "Tərəqqi" medalı ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.