Ölkə

Həkimdən xanımlara xəbərdarlıq: Maska taxanda tonal kremlər istifadə etməyin - VİDEO

19 Aprel 2021 09:37
Baxış: 1 624
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Koronavirusla əlaqədar maska istifadə edən şəxslər üzlərini sabunla deyil, antiseptik maddələrlə təmizləsinlər.

Milli.Az xəbər verir ki, bunu ARB24-ün "İş vaxtı" verilişinə açıqlamasında həkim-dermatoloq Şövqi Zeynalov deyib. 

Rəngli maska taxmağın üz dərisi üçün məsləhət olmadığını bildirən həkim qeyd edib ki, təmiz pambıqdan hazırlanan maskalardan istifadə etmək daha təhlükəsizdir. 

Həmçinin Ş. Zeynalov maska taxan xanımlara tonal kremdən istifadə etməməyi tövsiyə edib:

"Xanımların maska taxan zaman tonal kremlərdən istifadə etməsi məsləhət deyil. Çünki bu kremlər, xüsusilə də tünd tonal kremlər dəri məsafələrini qapadır və dərinin nəfəs almasına imkan vermir. Nəticədə mikrobların artması üçün şərait yaranır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.