Ölkə

Teledərsləri televiziyadan kənar izləmək imkanı yaradılıb

27 Mart 2021 17:06
Baxış: 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsil Nazirliyi tərəfindən "Dərs vaxtı" proqramına televiziya ekranı qarşısında baxa bilməyən şagirdlər üçün alternativ imkanlar təqdim edilir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, teledərslərə ekran qarşısında baxa bilməyənlər və ya yenidən izləmək istəyənlər keçirilmiş dərsləri 29 mart tarixindən etibarən video.edu.az portalından və "Dərs vaxtı"nın rəsmi "Facebook" səhifəsindən izləyə bilərlər.

Həftə içi 5 gün saat 10:00-dan 18:00-dək teledərslər "Mədəniyyət" və "ARB Günəş" telekanalları ilə yanaşı "Dərs vaxtı"nın "Facebook" səhifəsi (www.facebook.com/dersvaxti.edu.az) üzərindən canlı yayımlanacaq. Daha sonra isə siz həmin dərsləri səhifənin "Videolar" bölməsindən tapa bilərsiniz:"Əlavə olaraq, video.edu.az portalı da sizin xidmətinizdədir. Burada videodərslər bütün siniflər üzrə yerləşdirilib. Həmçinin, məktəbdənkənar fəaliyyət və məktəbəhazırlıq dərsləri də portalda mövcuddur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.