Ölkə

Ailəsi 20 yaşlı Ləmanı axtarır - FOTO

19 Fevral 2021 12:49
Baxış: 2 587

Bakıda 20 yaşlı qız itkin düşüb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, söhbət Xəzər rayonu Binə qəsəbəsi Südçülük savxozunda yaşayan Nəbiyeva Ləman Rafiq qızından gedir. Bu barədə onun atası Rafiq Nəbiyev Xəzər Rayonu 3-cü Polis Bölməsinə ərizə ilə müraciət edib. O bildirib ki, qızı fevralın 12-də saat 15:00-da evdən çıxıb və geri qayıtmayıb.

Evdən çıxarkən əynində qara rəngli gödəkçə, üzərində göy xətləri olan ağ rəngli köynək və qara şalvarla qara ayaqqabı olub.

L. Nəbiyevanın boyu 1.61 sm, saçları orta uzunluqda, arıq bədən quruluşludur. Hər iki ayaq barmaqlarının ikinci və üçüncü barmaqları bitişikdir.

Onu görənlərdən Xəzər RPİ-nin 3-cü bölməsinə məlumat vermələri xahiş edilir.

Əlaqə telefonları:

(050) 222-82-80

(012) 590-72-03

(012) 456-03-02

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.