Ölkə

Sabirabadda gizli işləyən 2 kafe aşkarlandı

28 Dekabr 2020 18:19
Baxış: 561
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun Həşimxanlı kəndində karantin qaydalarına zidd olaraq müştərilərə yerində fəaliyyət göstərən 2 kafe aşkar edilib.

Hər 2 kafedə 20-yə yaxın müştərinin olduğu müəyyən edilib. Onlardan 8 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub, digərlərinə isə ciddi xəbərdarlıqlar edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.