Ölkə

Kürdəmirdə “KAMAZ”la" VAZ-2107" toqquşub, 2 nəfər hadisə yerində ölüb - FOTO

27 Dekabr 2020 10:28
Baxış: 1 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun H.Əliyev prospektində yerləşən körpünün üzərində qeydə alınıb.

Beləki "KAMAZ" markalı yük maşınının sürücüsü Kürdəmir rayon sakini 42 yaşlı Cavadov Xaliq Durmuş oğlu həmin körpüdə hərəkətdə olarkən, onunla əks istiqamətdə hərəkət edən sürücü 29 yaşlı Quliyev Ərzuman İlqar oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomaşınla toqquşub. Nəticədə sürücü Quliyev Ərzuman və onun sərnişini 53 yaşlı Quliyev İlqar Səməd oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər. Onların meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.