Maskada bu element yoxdursa, koronavirusa yoluxacaqsınız - XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Nazirlər Kabinetinin karantin rejiminin sərtləşdirilməsi ilə bağlı son qadağaları bizdə yoluxma sayının artmasının qarşısını almağa müəyyən qədər kömək edəcək.
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq Aydın Əliyev deyib.
O bildirib ki, açıq havada da insanlar maskasız vəziyyətdə bir-birinə yaxın duranda yoluxma ehtimalı istər-istəməz artır:
"Təbii ki, dünyanın heç bir yerində, bizdə də tək açıq havada maska taxmaq yüzdə-yüz yoluxmanın qarşısını ala bilməz, bu mümkün deyil. Amma müəyyən qədər kömək edəcəyini düşünürəm. Çünki bizim camaat daha mehriban, daha ünsiyyətcildirlər. Birdən görürsən küçədə qucaqlaşırlar, öpüşürlər.

Belə şeylərə çox rast gəlirik. Çox yaxın dayanıb söhbət edirlər, siqaret çəkirlər, ara məsafəsi də saxlamırlar. Yaxud da açıq havada dönər, təndir çörəyi satılan yerlərdə orada küçədə dayanırsan bir şey almaq üçün. Fikir verirəm ki, orada insanlar bir-birinə həddindən artıq yaxın dururlar. Buna görə də açıq havada maskadan istifadənin məcburi hal almasını mən təqdir edirəm. Çünki sadaladığım yerlərdə insan maskasız yaxın duranda istər-istəməz yoluxma ehtimalı artır. Ona görə də bu qadağanı köməkçi tədbirlərdən biri kimi qiymətləndirirəm.

Hər kəsə tibbi maskalardan istifadə etməyi tövsiyə edirəm. Çünki həm adi cərrahi maska var, həm də N95 maskası var. Bunların burun hissəsində metallik komponent var. Onu əyib buruna uyğunlaşdırmaq olur. Bu zaman birbaşa açıq havanın tənəffüs yollarına keçməsinin qarşısı alınır. Amma bu qara maskalardır, hansı ki dekorativ maskalardır, ev şəraitində bəzəkli formada hazırlanırlar, onların burun hissəsində metallik komponent olmadığı üçün burun-yanaq hissədə o bucaq açıq qalır və oradan açıq hava tənəffüs yollarına daxil olur. Təbii ki, belə olan halda da koronavirusun hava damcı yolu ilə tənəffüs yollarına daxil olmaq ehtimalı daha artır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
XƏBƏR LENTİ
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)





