İçərisində vətən boyda qeyrət yatan tabut - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Ordusu dünyanın gözü qarşısında yeni qəhrəmanlıq salnaməsi yazdı.
Heç bir yazıçının cümləyə sığdıra, heç bir rejissorun filmində canlandıra, heç bir rəssamın təsvir, bəstəkarın nota köçürə bilməyəcəyi bir qəhrəmanlıqdan söhbət gedir. Bu tarixin hər sətri, hər kəlməsi qanla yazıldı, qəhrəman qardaşlarımızın qanı ilə. Onlar nəinki dünya üçün, elə bizim üçün də ən mümkünsüz görünən problemin öhdəsindən gəldilər. Vətən Müharibəmizdən qalib ayrılmağımızın səbəbi də məhz onların bu şərəfli missiyanı yerinə yetirə biləcəkləri ilə bağlı özlərinə olan böyük inam idi.

Azərbaycan Ordusu 44 gün, 44 gecə 30 ildir hər addımdan bir qazılan xəndəkləri, qurulan pusquları, sıldırım qayaları, sıx meşələri dişi, dırnağı ilə qarış-qarış keçərək bu qürurlu anları bizə canları, qanları bahasına bəxş etdilər. Bu qələbə azərbaycançılığı dünyaya bir daha sübut etdi. Dünya gördü ki, Azərbaycan danışıq masasında nə qədər konstruktiv, nə qədər ədalətli və sülhpərvərdirsə, döyüş meydanında da o qədər cəsarətli və döyüşkəndir. Tarixə qızıl həriflərlə yazılan bu böyük qələbə bir xalqa ən böyük sevinci yaşatmaqla yanaşı, onu bundan sonra da daha neçə onilliklərə sığdıra bilməyəcəyi Xocalı iztirabından, xəcalətindən xilas etdi.

Kimisi yeni ailə qurduğu həyat yoldaşını, kimisi azyaşlı körpəsini, kimisi də tək ümidi olan tənha anasını evdə tək qoyaraq döyüşə atılmağı özünə borc, şərəf, missiya hesab etdi. Təəssüf ki, müharibənin qələbə sevinci qədər bizi üzən şəhid xəbərləri də oldu. Vətən savaşının ən təsirli tablosu - üçrəngli müqəddəs bayrağa sarılan tabut, içərisində vətən boyda qeyrət yatan tabut çoxlarımızın yaşadığı məhləyə, kəndə, şəhərə gəldi.

Qələbəmizin əsas pay sahibi olan şəhidlərimiz, qazilərimiz qədər onların ailələri, doğmaları da bu şərəfli tarixdə özünəməxsus pay sahibi oldular. Bizi bu qələbəyə aparan əsas səbəblərdən biri də məhz övlad, həyat yoldaşı, qardaş itkisini "Vətən sağ olsun" deyib, cənazələrini qürurla qarşılayan şəhid ailələrinin duruşudur. 9 ay bətnində daşıdığı, beşiyini yellədiyi balasının cənazəsini çiynində son mənzilə aparan ana da gördük, yeni ailə qurduğu həyat yoldaşının tabutunun önündə gedən gənc qadın da. Şəhid valideynlərinin, yaxınlarının etdikləri bu fədakarlıq müharibənin gedişində ermənilərin başına açılan bir atəş oldu.

Ömür yolları ölkənin ayrı-ayrı rayonlarından, kəndlərindən, şəhərlərindən başlayan şəhidlərimizin qəhrəmanlıq dastanı Qarabağda başa çatdı, Qarabağ talelərini birləşdirdi.
Torpağı qanları ilə əbədiləşdirən, ölümləri ilə əbədiyyətə qovuşan şəhidlərimiz, siz qəhrəmanlığınızla torpağın altına yox, milyonların qəlbinə köçdünüz. Siz bir xalqın namusunu, taleyinə düşən qara ləkəni təmizləyərək ömür boyu vicdan əzabı ilə yaşamaqdan, şəhadətinizlə arzuları, xəyalları dəfn olunan, bir daha bir ola bilməyəcək təhlükəsinin astanasında olan xalqı xilas etdiniz. Siz ölmədiniz, siz ölümsüzlüyünüzü hər bir azərbaycanlının qəlbində əbədiləşdirdiniz.
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
XƏBƏR LENTİ
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)
-
Röya: “Baldır Yar” - (Foto/Video)
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib





