Ölkə

BNA hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

16 Noyabr 2020 18:51
Baxış: 1 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yağışlı hava şəraitində müntəzəm və ekspress xətlər üzrə avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək üçün bütün zəruri tədbirlər görülür.

Bu barədə Milli.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilir ki, gün ərzində, xüsusən də pik saatlarda sıxlıq müşahidə olunan küçələrdə svetoforlarda "yaşıl dalğa" əmri tətbiq edilib.

Həmçinin, sərnişin tələbatı yüksək olan istiqamətlərdə avtobus dayanacaq məntəqələri nəzarətə götürülüb. Avtobus dayanacaq məntəqələri və ona yaxın ərazilərdə qanunsuz parklanma halları tam aradan qaldırılıb:

"Bir daha sürücülərə bu cür hava şəraitində son dərəcə diqqətli olmağı, sürət həddinə əməl etməyi və nəqliyyat vasitələrini avtobus dayanacaq məntəqəsində və ona yaxın ərazidə park etməməyi tövsiyə edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.