“İnsanlarda özlərinə arxayınlıq yarandı, “COVID”ə yoluxma artdı”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Son vaxtlar insanlar koronavirus infeksiyasına ciddi yanaşmırlar. Parklarda, avtobuslarda, xüsusən də taksilərdə maskadan istifadə edilmir. Bununla bərabər, məktəblərin açılması da xəstəliyə yoluxanların sayını artırdı. TƏBİB tərəfindən bununla bağlı vəziyyət analiz edilir, xəstəliyin artmasının səbəbləri öyrənilir və önləm almaq üçün tədbirlər hazırlanır".
Milli.Az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Milli-Elmi Təqdqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev deyib. O qeyd edib ki, sentyabrın əvvəllərindən etibarən həm Azərbaycanda, həm də dünyanın bir çox ölkələrində koronavirusa yoluxanların sayı hər keçən gün artmaqdadır. Sentyabr, oktyabr aylarında respirator xəstəliklərdə çoxalma müşahidə olunur, havaların soyuması, təhsilin başlanması, insanların daha çox qapalı yerlərdə olması və digər bu kimi səbəblər buna təsir edə bilər:
"Məsələn, İtaliyada dünən 10 minlərlə insan "COVID"lə xəstələnib. Azərbaycanda da ötən gün 528 yeni yoluxma var idisə, artıq bu gün yoluxma sayı 647 nəfərə çatıb. Bu o deməkdir ki, epidemioloji olaraq xəstəliyin gedişatında artış yüksələn xətlə davam edir".
A.Allahverdiyev bildirib ki, bu məqamda hər bir vətəndaşın üzərinə məsuliyyət düşür. Çünki biz artıq bu xəstəlikdən qorunmağın yollarını bilirik. Hər kəs maska taxmalı, gigiyenik qaydalara əməl etməlidir.
"Bir tərəfdən də insanlarda özlərinə arxayınlıq əmələ gəldi. Əslində xəstəlik ortadan çıxmayıb. Sadəcə bəzi tələb olunan şərtləri yerinə yetirmədiyimizə görə artış baş verdi. Əgər xəstəliyin sayını minimuma gətirsəydik, indiki artımı ikinci dalğa hesab edə bilərdik. Amma bu xəstəlik var idi, yenə tələb olunan şərtlərə əməl etsək, virus yenidən azalacaq.
Bu gediş mox həyəcanlı gedişdir. Vətən müharibəsi ilə bağlı gərgin ortamda yaşayırıq. Biz əvvəl təkcə özümüz üçün qorunurduqsa, indi həm də əsgərlərimiz üçün, cəbhə üçün özümüzü qorumalıyıq. Ordumuzun qələbəsi naminə "COVID"ə qarşı birlikdə olmalıyıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
-
Ev qatığı və ya süzmə deyil: Ən sağlam qatıq məlum oldu
-
Əsgərin atasına qovuşma anı kövrəltdi - (Video)
-
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
-
Nişan boxçasında "cadu"nu görün hara qoyublar... - (Video)
-
Süni intellekt üçüncü dünya müharibəsinə səbəb olacaq? - Ekstrasens proqnoz verdi
-
Bu dəfə kanalın bağlanmasını istəyirlər - (Video)
-
DTX Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - (Foto)
-
Azərbaycanda Anım Günüdür
-
Günün qoroskopu: Sevgi həyatınız stabil görünmür
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Ağsu aşırımında aktivlik artıb - (Video)
-
Paltaryuyana 1 qaşıq əlavə edin: Yuyucu vasitə xərcini yarıbayarı azaldır
-
Naxçıvanda 55 yaşlı kişi arvadını və baldızını bıçaqlamaqda şübhəli bilinir
-
Salah heyətdən çıxarıldı
-
Finlandiya 7 qolla qələbə qazandı
-
Pandemiyadan bəri evdən çıxmadılar: Ana və qızı illərlə meyitlə bir evdə yaşayıb
-
Ailəsini Rusiyadan Azərbaycana gətirə bildi, özü isə dron hücumuna məruz qaldı - (Video)
-
Akrobatlarımız dünya çempionatında qızıl medal qazanıblar - (Foto)
-
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü həbs olundu
-
Banqkok fəlakət zonası elan edildi - (Video)
-
Deputatla qalmaqal yaşayan qarpız satan işinə qayıtdı
-
“Uzak Şehir”də yeni sima - (Foto)





