Ölkə

"Avtobus sayları artırılmalıdır, sıxlıq yaşanmamalıdır" - Pandemiya Xəstəxanasının həkimi

18 Sentyabr 2020 15:25
Baxış: 1 072
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yumşalma tədbirləri digər ölkələrin praktikalarından faydalanaraq görülür. Karantin şərtlərinin yumşaldılmasında da, karantinin sərtləşdirilməsində də digər ölkə təcrübələrindən faydalanırıq. 

Bunu Milli.Az-a açıqlamasında Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar deyib.

İnfeksionist bildirib ki, həm aidiyyəti qurumlar üzərinə düşən işi doğru şəkildə icra etsələr, həm də vətəndaşlar məsuliyyətli olsalar, biz Avropa ölkələrinin  üzləşdikləri problemləri yaşamarıq:

"Hazırda bizdə atılan addımlar ona xidmət etdi ki, nəticədə yoluxma sayı azalır və yaxud da kəskin yüksəlmələr hələ müşahidə edilmir. Əgər bu şəkildə davam etsək və eyni şəkildə həm aidiyyəti qurumlar üzərinə düşən işi doğru şəkildə icra etsələr, həm də vətəndaşlar onlardan tələb olunan qaydalara (maska taxmaq, sosial məsafə saxlamaq, əl gigiyenası) əməl etsələr, düşünürəm ki, biz həmin ölkələrin üzləşdikləri problemləri yaşamaya bilərik. Amma məsuliyyətsiz insanlara ictimai yerlərdə hamımız rast gəlirik. Maska taxmamağı bəziləri sağlamlıq məsələləri ilə əlaqələndirir, bəziləri səbirsizlənir, bəziləri, ümumiyyətlə, hələ də soyuqqanlı yanaşır, belə bir xəstəliyin var olduğuna inanmırlar. Buna görə də istəyərdim ki, cəmiyyətdə ictimai qınaq olsun. Heç kəs düşünməsin ki, o, maska taxmayıb, mən ona heç nə deyə bilmərəm. Biz öz ətrafımızda gördüklərimizə irad bildirsək, məsafə gözləmələrini, maska taxmalarını tələb etsək, eyni zamanda aidiyyəti qurumlar da bu məsələdə təşəbbüs göstərsələr, istəyimizə çatarıq. Məsələn, avtobus sayları artırılmalıdır, avtobuslarda sıxlıq yaşanmamalıdır, ictimia iaşə obyektləri, restoranlar da onlardan tələb edilən qaydalara çox ciddi şəkildə əməl etməlidirlər və yaxud da onları nizamlayan qurumlar buna ciddi şəkildə nəzarət etməlidir ki, vətəndaş məsuliyyətsizliyinin önünü ala bilsin".

V.Yaşar qeyd edib ki, Avropa va qonşu ölkələrdəki yoluxma sayındakı kimi kəskin artımla qarşılaşarıqsa, bu işin öhdəsindən gələ bilərik.

"Məsuliyyəti nə tək vətəndaşın boynuna ata bilmərik, nə də deyə bilmərik ki, tək dövlət bunu nəzarətdə saxlasın. Biz birlikdə güclüyük. Hamı bir-birinə dəstək olaraq bu problemi yoluna qoya bilər, öhdəsindən gələ bilər. O məsuliyyətsiz vətəndaş anlayışı bütün ölkələrdə var, bütün ölkələr bu problemi yaşayır. Nisbət olaraq ola bilər bizdə məsuliyyətsiz vətəndaş bir az daha çox olsun, amma bu problemlə mart ayından bu yana biz üz-üzəyik. Bu, bizi yormamalıdır, məcburuq ki, bunun da öhdəsindən gələk. Amma düşünürəm ki, bizdə görülən tədbirlər imkan verir ki, yoluxanların sayının yenidən artması baş verərsə, önündə dayanaq. Tədbirlər görülüb, artıq modul tipli xəstəxanalar hazırlandır, personal daha da təcrübəli oldu bu sahədə, təlimlər verilir və s. Düşünürəm ki, Avropa va qonşu ölkələrdəki yoluxma sayındakı kimi kəskin artımla qarşılaşarıqsa, bu işin öhdəsindən gələ bilərik".  

Təhməz Əsədov
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.