Ölkə

Ağacların kəsilməsi ilə bağlı toplanmış sənədlər Baş Prokurorluğa göndərilib

17 Sentyabr 2020 20:34
Baxış: 669
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Altıağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı parkın ərazisində çoxlu sayda müxtəlif cinsli ağacların kəsildiyi məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev bildirib ki, araşdırma zamanı ağacların milli parka yaxın ərazidə fəaliyyət göstərən "Cənnət Bağı" istirahət mərkəzinin ətrafında gecə saatlarında kəsildiyi və təbiətə 30240,78 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.