Ölkə

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub? - Statistika açıqlandı

8 Sentyabr 2020 16:36
Baxış: 7 380
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.

Ölkədə son sutka ərzində 6798, hazırkı dövrədək isə 973838 test aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.