Ölkə

Valideyin istəsə övladını məktəbə buraxmaya da bilər - Nazir

27 Avqust 2020 17:34
Baxış: 4 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Virtual məktəb və distant təhsil paralel davam etdirildiyinə görə valideyinlərin uşağını məktəbə göndərmək və ya göndərməmək seçimini tanıyırıq".

Milli.Az xəbər verir ki, bunu yeni tədris ilinin başlanması ilə bağlı KİV nümayəndələri üçün brifinqdə Təhsil Naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, valideyinə övladının hansı təhsil növünü seçmək haqqı veriləcək:

"Bu seçim epidemioloji vəziyyətdən asılı olaraq dəyişə bilər. İctimai müzakirələr zamanı bəzi valideyinlər məktəblərin açılmasını təhlükəli hesab edirdi, əksər valideyinlər məktəblərin açılması tərəfdarı idi. Amma bu seçimin valideyinlərə verilməsi baş verəcək. Valideyinlər müvafiq qaydada təhsil müəssisələrini məlumatlandırmaqla öz övladlarınının ya distant onlayn, ya da həftədə iki dəfə məktəbə əyani üsulla gəlib, digər fənləri və dərsləri isə təbii ki, distant teledərslər və ya "virtual məktəb" vasitəsilə almasını valideyin seçə biləcək".

Qeyd edək ki, Azərbaycanda tədris ili sentyabr ayının 15-dən başlayır.

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.