Ölkə

Məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır

17 Avqust 2020 19:27
Baxış: 2 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 18-dən dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinə start veriləcək.

Təhsil Nazirliyindən Milli.Az-a verilən məlumata görə, valideynlər (digər qanuni nümayəndələr) "mektebeqebul.edu.az" elektron sistemindən övladının şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçə bilərlər.

Məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi isə avqust ayının 20-dən başlanılacaq.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində məktəbəhazırlıq qruplarına 2015-ci ildə anadan olmuş uşaqlar cəlb olunacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.