Ölkə

Şagirdlərin həftədə 2-3 dəfə məktəbə gəlməsi planlaşdırılır - Nazirlik

17 Avqust 2020 18:55
Baxış: 7 901
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şagirdlərin daha zəruri fənlər üzrə həftədə 2-3 dəfə məktəbə gəlmələri planlaşdırılır

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

Onun sözlərinə görə, daha yuxarı siniflərin məktəbə həftədə 1-2 dəfə gəlməsi planlaşdırılır:

"İşçi qaydada tədris planları hazırlamışıq ki, hansı fənlər virtual və praktiki dərslərə bölüşdürülsün. Bu, hələ müzakirə mərhələsindədir. Bunlar arzu etmədiyimiz, amma hələ ki, mümkün variantlardır".

V.Yaqublu deyib ki, peşə təhsili və orta ixtisas təhsili müəssisələrində də dərslərin nəzəri hissələrinin virtual formada, praktiki biliklər tələb edənlərin məktəblərdə keçirilməsi planlaşdırılır:

"Ali təhsillə bağlı virtual öyrənmənin ön plana çəkilməsi nəzərdə tutulur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.