Ölkə

Bəzən insanlar virusu yoxa çıxmış kimi qəbul edərək sərbəst hərəkətə başlayırlar - Deputat

17 Avqust 2020 16:18
Baxış: 1 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün koronavirus pandemiyası bəşəriyyəti caynağına almış bir bəladır və hər kəs özünü, yaxınlarını və ətrafındakı insanları bu bəladan qorumalıdır. Dövlətimiz insanların sağlamlığını hər şeydən üstün tutur və vətəndaşlarımızın qorunması üçün bütün lazımi işləri həyata keçirir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, karantin qaydalarının yumşaldılması zaman bəzən virusa yoluxanların sayında da artım müşahidə edilir:

"Bəzən insanlar artıq virusu yoxa çıxmış kimi qəbul edirlər, daha sərbəst hərəkət etməyə başlayırlar. Şükürlər olsun ki, son müddət ərzində ölkəmizdə həm yoluxanların, həm ölənlərin sayında dinamika aşağı düşüb. Bu müsbət dinamikanın saxlanması və ikinci dalğanın baş verməməsi üçün vətəndaş, cəmiyyət olaraq sanitar-gigiyena qaydalarına, tibbi maska taxmaq və sosial məsafənin gözlənilməsi qaydalarına ciddi riayət etməliyik.

Hər birimiz adət ənələrimizi sevirik və bu adət-ənənələrə böyük hörmətlə yanaşırıq. Lakin nəzərə almalıyıq ki, koronavirus pandemiyası ilə əlaqədar insanların qapalı və açıq məkanlarda kütləvi şəkildə toplaşmağı virusun yayılmasına təkan verən ən əsas məqamdır. Çünki kütləvi tədbirlərin keçirilməsi xəstəliyin yayılma sürətini artıra və ikinci dalğaya səbəb ola bilər.

Bilirsiniz ki, qarşıdan Məhərrəm ayı gəlir. Bu baxımdan, Məhərrəmlik mərasimlərinin Ramazan ayının mərasimlərinə uyğun şəkildə həyata keçirilməsi, namazların fərdi qaydada evdə qılınması, müvafiq ayinlərin virtual məkanda izlənməsi İslam alimlərinin və din xadimlərinin tövsiyələrinə əməl olunması baxımdan vacibdir. İslam dində də insanın sağlamlığı hər şeydən üstün tutulur və sağlamlığa qəsd etmək günah kimi qiymətləndirilir.

Din alimlərinin də rəyinə əsasən, sanitariya qaydalarına əməl etməmək və xəstəliyin yayılmasına səbəb olmaq və zəmin yaratmaq haram və günahdır.

Dövlətimiz insanların sağlamlığını hər şeydən üstün tutur və vətəndaşlarımızın qorunması üçün bütün lazımi işləri həyata keçirir. İndiyə qədər həm dövlətimizin, həm həkimlərin, vətəndaş cəmiyyətinin gərgin əməyinə dəyər verməliyik və bundan sonrakı dövrdə də karantin şərtlərinə riayət etməliyik ki, bu mübarizədən qalib olaraq çıxaq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.