Ölkə

15 yaşlı qızı zorlayıb 1 il cəza alan müəllimlə bağlı AÇIQLAMA

12 Avqust 2020 15:05
Baxış: 2 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lerikdə 15 yaşlı qızla cinsi əlaqədə olan və onu hamilə qoyan müəllimin bir il müddətinə həbs olunması sosial şəbəkələrdə ciddi etiraza səbəb olub.

 Milli.Az bildirir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Lerik Rayon Məhkəməsinin Baş məsləhətçisi Anar Məmmədov bildirib ki, 60 yaşlı Şəfahət Məmmədov 1 il azadlıqdan məhrum edilib:

"Ş.Məmmədov Cinayət Məcəlləsinin 152.1-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə ittiham olunub. Həmin maddənin sanksiyasında 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Lerik rayon məhkəməsinin hakimi və sədri Atabəy Kiçibəyovun rəhbərliyi ilə baş tutan məhkəmə prosesində Məmmədova 1 il həbs cəzası verilib. Burada nə problem var ki? Azyaşlının valideynləri təqsirləndirilən şəxslə barışmayıblar. Şikayətlərini geri götürsələr, onlar yəqin ki, barışar və ona digər yüngül cəza verilərdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.