Ölkə

ƏƏSMN-nin proaktiv xidmətlərinin sayı 90-na çatacaq

11 Avqust 2020 11:18
Baxış: 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) qarşısında duran hədəflərdən biri Nazirliyin göstərdiyi 132 xidmətdən 90-nını tamamilə elektron şəkildə həyata keçirməkdir.

Milli.Az Trend-ə istinadən bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müsahibəsində qeyd edib ki, bu istiqamətdə ciddi işlər görülür.

Xüsusi karantin rejimi dövründə ƏƏSMN-nin ötən ildən başlayaraq elektronlaşma ilə bağlı həyata keçirdiyi işlər öz müsbət nəticəsini verdi. Bu müddət ərzində vətəndaşlar evdən çıxmadan, məmur-vətəndaş təması olmadan xidmətlərdən yararlanmaq imkanı qazandı.

Bu ilin 6 ayı ərzində 53 min vətəndaşa pensiya və müavinətlər üzrə proaktiv qaydada təyinat və ödəniş aparılıb, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 325 min elektron arayış verilib. Həmçinin birdəfəlik ödəmə ilə bağlı müraciələr də elektron qaydada qəbul edilib və ödəniş aparılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.