Ölkə

Bayram günlərində rayona getmək istəyənlərə xəbərdarlıq

30 İyul 2020 14:02
Baxış: 5 767
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərini rayonlarda keçirmək istəyən Bakı, Sumqayıt və Abşeron sakinlərinə xəbərdarlıq edilib.

Milli.Az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev azvision.az -a açıqlamasında bildirib ki, rayon qeydiyyatı olan vətəndaşlar bölgələrə gedərlərsə, onlar yenidən Bakıya buraxılmayacaqlar.

"İnsanların sağlamlığı təhlükə altında ola bilər. Kimsə olduğu yerdədirsə, həmin şəxs bilməlidir ki, işi bağlanırsa, uzun müddət işləməyəcəksə və rayona gedərsə, artıq bayramdan sonra geri qayıda bilməyəcək. Söhbət rayon qeydiyyatında olanlardan gedir. Bakı qeydiyyatında olanlar ümumiyyətlə rayonlara gedə bilməz. Onlar postlardan geri qaytarılacaq", - K.Əliyev xəbərdarlıq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.