Ölkə

Koronavirusla bağlı Kürdəmirdə son vəziyyət necədir?

29 İyul 2020 12:31
Baxış: 2 346
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyulundan 5-dən bu günə qədər Kürdəmirdə 38 nəfər virusa yoluxub, onlardan 5 nəfər sağalaraq evə buraxılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, son günlər Kürdəmirdə yoluxmanın artmasının səbəbi bir nəfər qadının Bakı şəhərinin Qaradağ rayonundan Kürdəmirin Pirli kəndinə yas mərasiminə gəlməsi olub.

Nəticədə yas mərasimində iştirak edən digər insanlar yoluxub. Yoluxanların əksəriyyətini qadınlar təşkil edir.

Yoluxma şübhəsi olan vətəndaşlar müayinə olunur və test nəticəsi müsbət çıxanlar karantinə yerləşdirlir.

Artıq qonşu evlərdə dezinfeksiya işləri aparılıb və yaxma analizləri götürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.