Ölkə

Telefonlara gələn bu SMS təxribatdır? - AÇIQLAMA - FOTO

23 İyul 2020 14:19
Baxış: 7 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gündür "Nar Mobile" abunəçilərinə BMT tərəfindən müəyyən sorğuda iştirakla bağlı mesaj göndərilir.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, mesajı alan istifadəçilər isə bunun təxribat olduğunu düşünərək, linkə daxil olmadan mesajı silirlər. 

Məsələ ilə bağlı "Nar Mobile"dən redaktor.az-a verilən məlumata görə, göndərilən mesajda narahatlığa səbəb heç nə yoxdur:

"Sözügedən mesaj BMT tərəfindən göndərilir və biz burada, sadəcə, vasitəçiyik. Həmin mesajda təhlükəli və ya təxribat xarekterli bir hal yoxdur. Əgər mesajda hər hansısa təxribat halı qeydə alınsaydı, "Nar Mobile" bunun kütləvi şəkildə göndərilməsinə icazə verməzdi".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.