Ölkə

Qəbul imtahanlarının ikinci mərhələsinin keçiriləcəyi vaxt açıqlandı

20 İyul 2020 17:54
Baxış: 1 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qəbul imtahanlarının ikinci mərhələsinin keçirilməsinə avqustun ikinci yarısından başlanılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bu həftə və gələn həftə əvvəlki və bu ilin məzunları üçün qəbul imtahanlarının I mərhələsi keçiriləcək. Ondan sonra 10-15 gün imtahanların nəticələri emal ediləcək: "Bundan sonra isə imtahanların ikinci mərhələsi olacaq. Avqustun ikinci yarısından etibarən bu imtahanların keçirilməsinə başlayacayıq. Bu imtahanların keçirilməsinə 4 gün ayrılacaq. Biz hər hansı təhlükənin olmadığına əmin olduqdan sonra imtahanların keçirilməsini elan edirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.