Ölkə

Ermənistan silahlı birləşmələrinin ələ keçirmək istədiyi yüksəkliklərdən biri - FOTO

20 İyul 2020 10:27
Baxış: 4 199
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan-Azərbaycan sərhəddində döyüşlərə ara verilsə də vəziyyət gərgin olaraq qalır.

Milli.Az xəbər verir ki, Türkiyənin məşhur "Anadolu" Agentliyi (AA) Ermənistanın ələ keçirmək istədikləri Azərbaycanın mövqelərindən birindəki vəziyyəti kameranın yaddaşına köçürüb.

Agentlik Ermənistan Silahlı Qüvvələrinin gerçəkləşdirdiyi təxribatın qarşısını uğurla alan Azərbaycan hərbçilərinin qarşı tərəfdəki ən xırda aktivliyi belə nəzarətdə saxladığını qeyd edib. AA onu da qeyd edib ki, əsgərlərin hazırlıqlarının və əhval-ruhiyyələrinin olduqca yüksək olduğu görünür. Silah-sursat təchzatı baxımından da hər hansı bir problemin olmadığı diqqətə çatdırılıb.

Bu da "Anadolu" Agentliyinin Ermənistan silahlı birləşmələrinin iyulun 12-dən 16-a qədər ələ keçirmək istədiyi yüksəkliklərin birindən çəkdiyi kadrlar:

Təhməz Təkin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.