Ağsu rayonunun Nüydü kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verib. Yanğının yaxınlıqdakı əkin sahələrinə və meşə zolağına keçmə təhlükəsi yaranıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Milli.Az