“İçərişəhər”də yeni muzey yaradılacaq - RƏSMİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Bakı Xan Sarayında muzeyin yaradılması ilə bağlı qərar verilib və biz gələn il ərzində bu muzeyin açlışını etməyi planlaşdırırıq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı videolayihəsinə açıqlamasında deyib.
Ə.Ələkbərov bildirib ki, Azərbaycan mədəni irsinin qorunmasına Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən yüksək diqqət göstərilir. Bu diqqət və qayğının nəticəsidir ki, İçərişəhərdə də iri miqyaslı xüsusi təmir-bərpa işləri görülür: "Son illər ərzində tək İçərişəhərdə "Qız Qalası", "Şirvanşahlar Sarayı", "Bəylər" məscidi, "Məhəmməd" məscidində təmir bərpa işləri aparılıb. Mehriban xanımın və cənab Prezidentin tapşırığı ilə 2 il əvvəl biz Bakı Xan Sarayının əsaslı təmir-bərpa işlərinə və 2016-cı ildə "Qoşa Qala" qapıları yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən XVII əsrə aid yeraltı hamamın da restarvasiya işlərinə start vermişdik. Biz artıq bu obyektlərin təmirdən sonra açılışını etdik".
Ə.Ələkbərov qeyd edib ki, çətin pandemiya zamanı olmasına baxmayaraq, iyunun 29-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış oldular: "UNESKO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilən, xalqımızın qədim və zəngin tarixini sübut edən İçərişəhərdə birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa-konservasiya işləri "Qoşa Qala" qapılarını da əhatə edir. Cənab Prezident qala divarlarının qalan hissəsi ilə bağlı tapşırıq verdi və biz qala divarlarının digər hissələrində də təmir-bərpa işləri aparacağıq. Ümumilikdə qala divarlarının uzunluğu 900 metrə yaxındır, ümumi sahəsi 19 min kvadratmetrdir".
Ə.Ələkbərov bildirib ki, pandemiyaya qədər hər il İçərişəhəri ziyarət edən turislərin sayında 20-30 faiz artım müşahidə edilib: "Ümid edirik ki, pandemiya tez bir zamanda bitəcək və biz tez bir zamanda xarici qonaqları İçərişəhərdə də qarşılayacağıq".
DİGƏR XƏBƏRLƏR
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
Prezident İlham Əliyev Qazaxıstan Prezidentinə başsağlığı verib
-
Üç yaşlı uşağa zorakılıq edən ögey ata saxlanıldı
-
Surxay Hüseynli vəfat etdi
-
Ağstafada fəhlələri daşıyan mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb - (Foto)
-
Məhkəmə Afət Fərmanqızının xeyrinə qərar verdi
-
Prezident İlham Əliyevin qəbul etdiyi “Neuberger Berman” şirkəti hansı sahədə fəaliyyət göstərir?
-
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izləyib - (Foto/Video)
-
Holdinqlərdə transformasiya: "Atalar və oğullar" dilemması necə həll edilə bilər?
-
Müavinət və təqaüd alanlara şad xəbər
-
"Tələsməyə ehtiyac yoxdur"
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində BDU tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
İctimai iaşə müəssisələrində sağlamlaşdırma tədbirləri davam edir
-
Trampdan jurnalistlərlə bağlı yeni qərar
-
"Formula-1": Sıralama turunda qalibin adı bəlli oldu - Yenilənib
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq
-
Rusiya Ermənistana qaz tədarükünü bərpa etdi





