Ekspert: "Bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İndi yalnız Azərbaycan deyil, dünyada bir çox ölkələr COVİD-19-un yayılmasının qarşısının alınması üçün yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq edirlər.
Milli.Az xəbər verir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, virusun yayılmasının qarşısının alınması üçün Azərbaycanda yoluxmanın qeydə alındığı ilk gündən qabaqlayıcı tədbirlər görülməyə başlanıldı: "Əsas məqsəd insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Lakin heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz. Bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı isə 10 min nəfərdir".
Azərbaycanda ölüm halının daha az olduğunu söyləyən mütəxəssis qeyd edib ki, ölkədə epidemioloji vəziyyətə uyğun olaraq, məhdudlaşdırıcı tədbirlər görülür. Bu tədbirlərin icrası ilə bağlı qərarlar qəbul olunarkən mövcud vəziyyət dərindən təhlil olunur, mütəxəssislərlə məsləhətləşmələr aparılır.
Hazırkı dövrdə əhalinin də qaydalara əməl etməsi baxımından olduqca məsuliyyətli olmasını vacib sayan Y.Abdiyeva əlavə edib ki, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır.
Onun sözlərinə görə, ölkədə COVİD-19-a qarşı mübarizə aparmaq üçün bütün addımlar atılır. Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onlardan 36-sı son müddət ərzində inşa edilib. Ölkədə ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq





