Ölkə

Tərtərdə yas mərasimi və qonaqlıq təşkil edənlər tutuldu: Bir nəfərin ölkədə qanunsuz yaşadığı müəyyənləşdi

6 İyul 2020 12:19
Baxış: 1 567
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tərtərdə xüsusi karantin rejimini pozan şəxslər müəyyən edilərək cərimə olunublar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, rayon ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 10 nəfər saxlanılıb. Onlardan yeddi nəfərinə protokol tərtib olunaraq cərimə edilib, restoran sahibi olan bir nəfər və digər iki nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.

Araşdırmalarla cərimə olunan şəxslərdən bir nəfərin ölkə ərazisində qanunsuz olaraq yaşadığı müəyyən edilib, həmin şəxs aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

Bundan əlavə, Tərtər RPŞ-nin və İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı yas mərasimində altı nəfər şəxsin tibbi maskadan və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi də aşkar edilib və onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.