Ölkə

Bakıda 29 yaşlı iş xanımı qəfil öldü - FOTO

2 İyul 2020 10:48
Baxış: 8 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda gənc iş xanımı ürəktutmadan dünyasını dəyişib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı mərhumun yaxınları sosial şəbəkədə paylaşıb. Bildirilib ki, 29 yaşlı Ülkər İskəndərova bir neçə gün öncə gözlənilməz şəkildə vəfat edib.

Ülkər İskəndərova artıq bir neçə ildir ki, nişan, toy və xınayaxdı məclisləri üçün xonçaların hazırlanması işininin təşkili ilə məşğul olur. Onun instaqramda "nazli_design" səhifəsinin 75 mindən çox izləyicisi var. Gənc iş xanımı ötən həftə həkim olan hər iki valideyninin koronavirusla mübarizədə virusa yoluxduğunu və müalicələrinin davam etdirildiyini qeyd etmişdi: "Şükürlər olsun ki, hər iki valideynimin vəziyyəti artıq yaxşılığa doğru gedir. Tezliklə evə yazılarlar. Artıq işlə bağlı paylaşımları könül rahatlığı ilə edə biləcəm. Çox soyumuşdum hər şeydən, əlim heç bir işə gəlmirdi. Allah deyirmiş ki, canın sağlam, doğmaların yanındaykən heç nəyin dərdini çəkib şikayətlənmə. Elə bir dərd gələr ki, bir zamanlar o şikayətlənmələrinə görə peşman olarsan. Özünüzü qoruyun". Bu, mərhumun son paylaşımı olub və izləyicilərini kədərləndirib.

Qeyd edək ki, Ü. İskəndərovanın iki yazyaşlı qızı var. O, ikinci dəfə isə bir neçə ay əvvəl ana olmuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory