Lerikdə maşın dərəyə yuvarlanıb, ölən və yaralananlar var.
Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb. "UAZ" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər həyatını itirib. İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Yaralanan 2 nəfərdən biri uşaqdır. Uşaq Lerik Rayon Mərkəzi Xəstəxanasındadır, vəziyyəti orta-ağırdır.
Digər yaralı isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyəti ağırdır.
Hazırda qəzada ölən və yaralananların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az