Ölkə

Evdə müalicə oluncaq xəstələrin statistikası aparılacaq

25 İyun 2020 18:16
Baxış: 1 177
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Evdə müşahidə altında saxlanılan xəstələrin statistikası aparılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, TƏBİB bununla bağlı proqram hazırlayır:"Həmin proqram vasitəsilə evdə müşahidə olunan xəstələrin statistikası aparılacaq. Kimsəsiz xəstələrə isə asan könüllülər yardım edəcəklər. Bu məsələ əvvəldən də var və kimsəsiz şəxslərə həmin könüllülər yardım edirlər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.