Evdə müşahidə altında saxlanılan xəstələrin statistikası aparılacaq.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu bu gün Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB)şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, TƏBİB bununla bağlı proqram hazırlayır:"Həmin proqram vasitəsilə evdə müşahidə olunan xəstələrin statistikası aparılacaq. Kimsəsiz xəstələrə isə asan könüllülər yardım edəcəklər. Bu məsələ əvvəldən də var və kimsəsiz şəxslərə həmin könüllülər yardım edirlər".
Milli.Az