Ölkə

DYP-nin rəis müavini koronavirusa yoluxdu: vəziyyəti ağırdır - RƏSMİ

24 İyun 2020 16:16
Baxış: 4 044
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini polkovnik İlham Rəcəbov koronavirusa yoluxub.

Milli.Az "MediaPost"-a istinadən xəbər verir ki,onun vəziyyətinin ağır olduğu bildirilir. Rəis müavininin hazırda süni nəfəs aparatına qoşulub.

Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev faktı təsdiqləyib.

O bildirib ki, DYP-nin hazırda iki əməkdaşı koronavirusa yoluxub. Onlardan biri də İlham Rəcəbovdur: "Polkovnik hazırda xəstəxanadır və müalicəsi davam edir. Lakin onun son durumu haqqında məlumatım yoxdur".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.