Ölkə

Zaqatalada ildırım evi yandırdı - VİDEO

22 İyun 2020 18:39
Baxış: 1 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zaqatalada fərdi yaşayış evini ildırım vurub.

Milli.Az ARB-TV-yə istinadən bildirir ki, hadisə axşam saatlarında Zaqatala şəhər ərazisində Həbib Muxtarova məxsus, ümumi sahəsi 135 kv/m olan fərdi yaşayış evində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin dam örtüyünün 50 kv/m-lik sahəsinin yanar konstruksiyaları və mətbəxi qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın baş verən evdə hazırda yaşayış olmadığından, hadisə zamanı xəsarət alan olmayıb. Ev sahibləri Rusiya Fedarasiyasında yaşayır. Hadisə şahidlərinin verdiyi məlumata görə, evi ildırım vurması səbəbindən yanğın baş verib.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.