Ölkə

DİM sədri: Xroniki xəstəliyi olan abituriyentlər arayış təqdim etməlidir

20 İyun 2020 13:51
Baxış: 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"İmtahan binasına daxil olmaq üçün aparılan yoxlama zamanı bədən temperaturu yüksək olan abituriyentlər imtahanın başlanmasına 15 dəqiqə qalmışa qədər özlərini təkrar yoxlatdıra bilərlər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bəzi abituriyentlər bədən temperaturunun isti hava nəticəsində yüksəldiyini fikirləşə bilərlər:

"Belə abituriyentlər əmin olmaq üçün bir müddətdən sonra yenidən özlərini yoxlatdıra bilərlər. Nəzərə alaq ki, bu prosesdə həkimlər də iştirak edir və onlar imtahan iştirakçılarında müəyyən klinik əlamətlərə də diqqət edirlər. Əgər kimdəsə xroniki xəstəlik varsa, həmin abituriyent arayış təqdim etməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.