Ölkə

Vətəndaşlar immun sistemini sıradan çıxara bilərlər - XƏBƏRDARLIQ

18 İyun 2020 19:51
Baxış: 3 104
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məlumat almışıq ki, bu gün apteklərdən deksametazon dərmanı ilə maraqlananlar olub. Amma vətəndaşlar bu dərmanı COVİD-19-a qarşı profilaktik məqsədlə işlətmək istəsələr, immun sistemlərini sıradan çıxara bilərələr.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu hala qətiyyən yol vermək olmaz: "Azərbaycanda virusla bağlı bütün müalicə protokolları tətbiq edilir. Deksametazon isə yenilik deyil. Bu dərman həmişə iltihab əleyhinə müalicə kimi istifadə edilib".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.