"Müəllimlərin yerdəyişməsi müsabiqəsində uğur qazananların sənədlərinin təqdim edilməsi formatında dəyişiklik ediləcək".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
Onun sözlərinə görə, yerdəyişmə müsabiqəsində uğur qazananlar Təhsil İnstitutunun İnsan Resursları Mərkəzlərinə sənədlərini təqdim etməlidirlər:
"Pandemiya ilə əlaqədar bu proses bir qədər fərqli formatda keçiriləcək. İnsanların fiziki iştirakına ehtiyac qalmayacaq. İyunun 17-də nəticələr elan edildikdən sonra bu barədə də məlumat veriləcək".
Milli.Az