Ölkə

Uçuş zamanı hər hansı sərnişində COVID-19 xəstəliyinin əlamətləri olarsa, nə olacaq? - YENİ QAYDA

11 İyun 2020 17:52
Baxış: 2 067
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda koronavirus infeksiyası - COVID-19 pandemiyası dövründə yerinə yetiriləcək sərnişin daşımaları ilə bağlı yeni qaydalar hazırlanıb.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, bu qaydalara əsasən, uçuş zamanı sərnişinlərdən birində COVID-19 xəstəliyinin əlamətləri müəyyən edildiyi zaman, o, digər sərnişinlərlə təmasın minimuma endirilməsi məqsədilə hava gəmisi salonunun arxa hissəsində təcrid ediləcək. Ona xidmət göstərmək üçün ayrıca təyyarə bələdçisi təyin ediləcək.

- sərnişinlər hava gəmisinə daxil olarkən ekipaj onlara tibbi maska, birdəfəlik istifadə üçün əlcəklər, həmçinin dezinfeksiyaedici heldən (sanitayzer) ibarət fərdi qoruyucu vasitələr dəsti təqdim edəcək;

- tualet kabinələrindən istifadə istisna olmaqla, uçuş müddətində salonda gəzməyə icazə verilmir;

- ekipajla təmasın minimuma endirilməsi üçün uçuş zamanı sərnişinlərə hermetik qablaşdırmada qida və birdəfəlik istifadə üçün yemək ləvazimatları təqdim ediləcək. Biznes və VIP sinif sərnişinlərinə hermetik bağlamada yerləşdirilən 4 növ qidanın təsvir olunduğu menyu kartı təqdim ediləcək. Pandemiya dövründə sərnişinlərə, birdəfəlik istifadə olunan qulaqcıqlar istisna olmaqla, yastıq, ədyal, planşet və digər ləvazimatlar təqdim olunmayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.