Ölkə

Bakı-Naxçıvan arasında ilk uçuş bu tarixdə gerçəkləşəcək

11 İyun 2020 17:36
Baxış: 1 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusla bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı yaranan fasilədən sonra Bakı-Naxçıvan arasında ilk uçuş tarixi açıqlanıb.

Milli.Az xəbər verir ki, bunu Operativ Qərargahın brifinqində "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev açıqlayıb.

Vitse-prezident bu uçuşun bir həftə sonra baş tutacağını deyib:

"İyun ayının 18-də Bakı vaxtı ilə saat 12:00-da Bakı-Naxçıvan istiqamətində ilk uçuşumuz gerçəkləşəcək. Elə həmin gün saat 15:00-da ikinci səfərimiz yerinə yetiriləcək".

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.