Ölkə

Bakıdakı Formula 1 Qran-prisi ləğv edilib? - Rəsmi AÇIQLAMA

11 İyun 2020 10:46
Baxış: 1 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Şəhər Halqası (BŞH) koronavirus pandemiyası ilə əlaqədar Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin ləğv edilməsi ilə bağlı xarici mətbuatda yayılmış məlumata aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, BŞH-dən Trend-ə verilən məlumata görə, hazırda Formula 1 üzrə 2020-ci il Azərbaycan Qran Prisinin ləğv edilməsi ilə bağlı heç bir rəsmi məlumat yoxdur.

Azərbaycan Qran Prisi hələ də bu ilki Formula 1-in təqvimində təxirə salınmış kimi qalmaqdadır.

BŞH ilə Formula 1 rəhbərliyi arasında müzakirələr davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.