Ölkə

Gəncədə azyaşlıya qarşı əxlaqsızlıq edildi - Şok olay

29 May 2020 17:28
Baxış: 4 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində azyaşlıya qarşı əxlaqsızlıq edilib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, şəhərin Kəpəz rayonunda Mehman Əkbərov azyaşlı qıza qarşı əxlaqsızlıq edib.

Azyaşlının ailə üzvləri baş verən olayla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər. Polisin keçirdiyi əməliyyat nəticəsində Mehman Əkbərov həbs edilib.

İstintaq orqanı tərəfindən Mehman Əkbərovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsızlıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan olunub.

Mehman Əkbərovun barəsində həbs qətimkan tədbiri seçilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.