Ölkə

17 Azərbaycan vətəndaşı Hindistandan ölkəyə gətirilir - XİN

27 May 2020 13:33
Baxış: 1 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün 17 nəfər Azərbaycan vətəndaşı təyyarə ilə Hindistandan Tiflisə gəlir.

Milli.Az bildirir ki, bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva vurğulayıb ki, hazırda həmin təyyarə Tiflisə enməlidir: "Ondan sonra həmin vətəndaşlar Azərbaycanın Gürcüstandakı səfirliyinin bilavasitə əlaqələndirməsi ilə Tiflisdən Azərbaycana avtobusla gələcəklər.

Bizim vətəndaşlarımız Hindistanda idi, onların geri qaytarılması məsələlərini biz aidiyyəti üzrə nəzərdən keçirirdik və indiki mərhələdə Hindistan Hava Yollarının təyyarəsi Tiflisə uçduğu üçün bu reys ilə 17 vətəndaşımız Tiflisə və oradan da Azərbaycana gələcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.