Ölkə

Baş Prokurorluqdan İldırımzadənin yerinə təyinatla bağlı xəbərə REAKSİYA

21 May 2020 12:27
0 Şərh     Baxış: 1 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Xətai rayonuna yeni prokuror təyin edilməsi ilə bağlı yayılan məlumatlar yalandır.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

O qeyd edib ki, belə bir təyinat olmayıb: "Bəzi KİV-də Astara rayon prokuroru Qabil Qasımovun Xətai rayon prokuroru vəzifəsinə təyin olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirməyindən tərəfimizdən təkzib olunur".

E.Sultanov, həmçinin KİV nümayəndələrinə müraciət edərək əldə etdikləri məlumatları Baş Prokurorluğun Mətbuat Xidməti ilə dəqiqləşdirdikdən sonra yaymalarını tövsiyə edib.

Qeyd edək ki, Xətai rayonu prokuroru Yusif İldırımzadə bir neçə gün öncə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilmişdi.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.