Azərbaycanda qadın sünnəti ilə bağlı iddialara cavab - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əsasən, Afrika və Yaxın Şərqdə yerləşən ölkələrdə müşahidə olunan qadın sünnətinin hazırda Azərbaycanda da həyata keçirilməsi ilə bağlı iddialar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ictimai fəal, deputatlığa keçmiş namizəd Nurlana Cəlil ölkənin şimal-qərbində, Zaqatala-Balakən rayonlarının bəzi kəndlərində belə bir adətin olması məsələsinə diqqət çəkib. Qeyd edib ki, Zaqatalanın Danaçı, Car və Balakənin bəzi kəndlərində qadınlar uşaq yaşlarında sünnət olunur:
"Bu sünnətin normal qadın sünnətində olduğu kimi klitorisin və ya vulvanın kəsilməsi ilə deyil, klitorisi çərtərək azca qan çıxardılması ilə tətbiq edildiyi deyilir".
N. Cəlilin paylaşımından sonra xeyli insan sözügedən bölgədə belə bir adətin olmasından xəbərdar olduğunu və həmin ərazidə yaşayan avar milləti tərəfindən davam etdirildiyini bildirib. Hətta uşaq yaşında sünnət olunduğunu iddia edən bir qadın ictimai fəalla əlaqə saxlayaraq anonim paylaşılması şərti ilə iddianı təsdiqləyib:
"Zaqatalanın Danaçı, Yolayrıc, Makov, Car, Matsex kəndlərində qadın sünnəti var, amma Afrikada olduğu kimi deyil. O sünnət işgəncəlidir, amma bizim sünnət çox adi formada olur. Çox vaxt 2-3 yaşlarında edilir. Uşaq onu heç hiss də etmir. Niyə edilir, səbəb nədir, din ilə bağlıdırmı biz də bilmirik. Şəxsən mən özüm də olunmuşam. Xəyal kimi yadıma gəlir. Heç ağlamamışdım da. Hiss də etməmişdim heç nə".
Adını açıqlamayan xanım söhbətin davamında əlavə edib ki, bölgədə qadınlar sünnətlə bağlı məsələni kişilərdən gizlədirlər:
"Bacılarım, bacım qızları, tanıdığım bütün qızlar, onların qız uşaqları da sünnət olunub. Biz çoxumuz bunu öz həyat yoldaşlarımızdan da gizli edirik. Heç bir qadın yoldaşına deməz ki, qızı sünnət olunub. Bax beləcə davam edir bu adət. Məncə çox lüzumsuz bir adətdir. Təki bu adət yox olsun".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərov məsələ ilə bağlı sözügedən sayta açıqlamasında bildirib ki, Azərbaycanda qadın sünnətinin olması ilə bağlı Komitəyə indiyə kimi hər hansı müraciət və ya şikayət daxil olmayıb:
"Dünya üzrə statistikaya baxsaq, qadınların sünnəti məsələsi, qadınların cinsi orqanları ilə bağlı hər hansı əməliyyatların aparılması daha çox Afrika ölkələrində yayılıb. Nə əvvəllər, nə də indi ölkəmizdə belə bir fakt öz təsdiqini tapıb. Həmçinin, dövlət qurumları tərəfindən də inzibati, cinayət halı kimi belə bir fakt qeydə alınmayıb. Buna baxmayaraq Komitə tərəfindən cinsi ayrı-seçkiliyin aradan qaldırılması, cinsi ayrı-seçkilik, gender üzrə bərabərliyin təmin edilməsi, sağlamlıq haqda təlimlər keçirilir".
E. Səfərov qeyd edib ki, sözügedən məsələ ilə bağlı araşdırma aparılması üçün zorakılığa məruz qalan şəxs özü müraciət edərək fakt təqdim etməlidir:
"Araşdırma o vaxt aparılır ki, faktı, əsası olsun. Sosial şəbəkələrdə bir qrup insan bu mövzunu müzakirəyə çıxarıb. Hətta qurbanlar bunu müzakirə etmir, qıraq şəxslər müzakirə edir. Heç özləri belə bir halın olub-olmadığını bilmirlər".
Qeyd edək ki, qadın sünnəti (Female Genital Mutilation - FGM) yəni, klitorisin kəsilməsi, qadın cinsini şikəst etmələrinin ən məşhur üsuludur. Məqsəd qadında cinsi zövq orqanını korlayaraq bəkarəti qorumaq, qadının cinsiliyini və cinsi duyğularına maneə törətməkdir. Bu əməliyyat yüngül formada qanaxma, ağır formada isə ölümlə nəticələ bilər.
Birləşmiş Millətlər Təşkilatı hər il əksəriyyəti Afrika və Orta şərq ölkələrində olmaqla 3 milyon qadının sünnət edildiyini açıqlayıb. UNİCEF tərəfindən açıqlanan hesabatda Afrikada Səhra bölgəsi və Orta şərqdəki 28 ölkədə indiyə qədər 128 milyon qadının sünnət edildiyi bildirilib. Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyasına əsasən, qadın sünnəti ciddi zorakılıq forması adlandırılaraq 1247 (2001) saylı Qətnamə qəbul edilib. Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı qadın cinsiyyət orqanında deformasiyaya səbəb olacaq hər hansı digər fiziki dəyişikliklərin edilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulduğunu qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
XƏBƏR LENTİ
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə
-
"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti Xalidə Quliyeva
-
Xocavənddə yanğın başlayıb - (Video)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq





