Ölkə

"Pandemiya dövründə qanunsuz miqrantların sayı azalıb"

20 May 2020 12:45
0 Şərh     Baxış: 1 154
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pandemiya dövründə əmək fəaliyyəti dayandığı üçün qanunsuz miqrantların sayı azalıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, pandemiya dövründə əmək fəaliyyəti az olduğundan bu say azalıb:

"Bəzilərinin hətta ölkədə müvəqqəti yaşama icazəsi bitsə də, müddəti artırmaq üçün müraciət etməyib və hazırda harda olduğu məlum deyil. İş icazəsi əldə etmələrin sayında azalma var. Bu, pandemiya dövrü ilə də əlaqədar ola bilər".

Xidmət rəisi qeyd edib ki, hazırda Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 42 nəfər saxlanılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.